Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-27,
Seanews
Heyder Eliyev

Şimali Vyetnamda yük gəmisi saya oturub

Şimali Vyetnamın Thanh Hoa əyaləti sahillərində “Thanh Thanh Dat 99” adlı yük gəmisi fırtına səbəbindən saya oturub.

“Seanews.az” xəbər verir ki, qəza “Kajiki” tayfununun bölgəyə güclü yağış və saatda 70 dəniz mili (təxminən 130 km/saat) sürətə çatan küləklərlə daxil olduğu vaxt baş verib.

Hazırda gəmi sahildən təxminən 100 metr məsafədədir. Hadisə yerinə Vyetnam Sərhəd Mühafizəsi və aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Rəsmilər bildiriblər ki, gəminin heyətində olan 19 nəfərin hamısı sağ-salamatdır.

Kapitan hava şəraiti yaxşılaşan kimi yedəkçi gəmilərin köməyi ilə gəminin təkrar üzdürülməsi üçün müraciət edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır