Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-27,
Seanews
Heyder Eliyev

"Pan Ocean" “Vale” ilə 81 milyon dollarlıq daşıma müqaviləsi imzalayıb

Cənubi Koreyanın aparıcı gəmiçilik şirkəti "Pan Ocean" və "Vale International" Braziliya ilə Çin, eləcə də digər ölkələr arasında dəmir filizi nin daşınmasını nəzərdə tutan uzunmüddətli müqavilə bağlayıb.

"Seanews.az" xəbər verir ki, müqavilənin dəyəri təxminən 113,6 milyard von (təqribən 81 milyon ABŞ dolları) təşkil edir.

Beşillik müqavilə 1 oktyabr 2026-cı ildən qüvvəyə minəcək və 30 sentyabr 2031-ci ilədək davam edəcək.

"Pan Ocean" bildirib ki, müqavilənin icrasına daşınmalar üçün xüsusi inşa edilən dəmir filizi daşıyan gəminin təhvil verilməsindən sonra başlanacaq. Müddətin başlanğıc və son tarixləri gəminin son təhvil qrafikinə uyğun olaraq dəyişdirilə bilər.

Müqavilənin dəyəri "Vale" ilə razılaşdırılmış tariflər və beş il ərzində daşınması nəzərdə tutulan yük həcmi əsasında hesablanıb. Lakin bu rəqəmə gələcəkdə valyuta məzənnələri və neft qiymətlərindəki dəyişikliklərdən asılı olaraq yenidən baxıla bilər.

"Pan Ocean"-un açıqlamasına görə, müqavilənin həcmi şirkətin 2024-cü il üzrə konsolidə olunmuş maliyyə hesabatlarında göstərilən illik satışlarının 2,2 faizini təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır