Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya “Bəstəkar Fikrət Əmirov”, “Teymur Əhmədov”, “Akademik Həsən Əliyev”, “Bərdə”, “Naxçıvan”, “Kunarçay”, “General Əliağa Şıxlinski”, “BMK-7649”, “İrgiz”, “Şamaxı”, “Ulduz”, “Zərdab-3”, “Abşeronskaya-6”, “Salyut”, “Hövsan-2”, “Vasif Hüseynov”, “Xəzər-1”, “Xəzər-3” gəmilərində, Xəzər Dəniz Neft Donanmasında, Pirallahı Damba və Şimal körpülərinin sahil ərazilərində yerinə yetirilib.

 Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır