• Bakı, 2020-07-05,
Seanews
Heyder Eliyev

ASCO-da dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri  “Cabbar Həşimov”, “Mikayıl Müşviq”, “Ağdam”, “Merkuri-1”, “Vixr-9”, “Narva”, “Aura”, “BMK-4211”, “BMK-7220”, “BMK-1058”, “Rauf Mirzəyev”, “Bunkerovşik-4”, “Geofizik-3”, “Geofizik-1”, “Süleyman Vəzirov”, “Qubadlı”, “Mühəndis Balarza Məmmədov”, “Qaradağ-8” gəmilərində və 674 saylı üzən emalatxanada aparılıb.

Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır