Xəzərdə səhhəti pisləşən İran və Rusiya dənizçilərinə yardım göstərilib
Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini davam etdirir.
Dekabrın 1-də saat 17:50 radələrində Hövsan reydində olan İran İslam Respublikasına məxsus “Paya” quru yük gəmisinin dörd nəfər heyət üzvü – İran vətəndaşları 1976-cı il təvəllüdlü Abditazehabadi Omid Hossein, 1991-ci il təvəllüdlü Darzırekavandı Reza Soleyman, 1987-ci il təvəllüdlü Mosleh Vahid Ghafar, 1991-ci il təvəllüdlü Zarın Abkenar Alinin hərarətlərinin yüksək olması ilə əlaqədar özlərini pis hiss etmələri haqqında məlumat daxil olub. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən limanın rəhbərliyi ilə birgə bununla əlaqədar təxirəsalınmaz tədbirlər görülüb və onlar Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə ediliblər.