• Bakı, 2019-12-06,
Seanews
Heyder Eliyev

Dənizçilər arasında dama yarışı keçirilib

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında dama idman növü üzrə yarış keçirilib.

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində baş tutan yarışda ASCO-ya daxil olan bütün strukturlardan iştirakçılar qatılıb.  Hər strukturu iki nəfər təmsil edib. Onlar fərdi olaraq qalibiyyət uğrunda mübarizə aparıblar.

Gərgin mübarizəd birinci yeri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Xəqani Səlimov, ikinci yeri Dəniz Nəqliyyatı Donanmasının əməkdaşı Abbas Məmmədov, üçüncü yeri isə Dəniz Nəqliyyatı Donanmasının əməkdaşı Arif Muradov tutub.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Sosial inkişaf və nəqliyyat şöbəsinin təşkilatçılığı ilə keçirilən bu cür idman tədbirlərinin əsas məqsədi sağlam həyat tərzini təbliğ etmək, əməkdaşlar arasında əlaqələri gücləndirməkdir.

Yarış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də idman üzrə 2019-cu ilə dair illik iş planına əsasən təşkil olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır