“ASCO Arena”da “Səbail” məktəblilər üçün futbol turniri keçirib
“Səbail” futbol klubu öz gənc azarkeşləri, “səbailçilər” üçün əsl futbol bayramını təşkil etdi.
Futbol turniri “Səbail”in doğma stadionu olan “ASCO Arena”nın meydançasında baş tutdu. Turnirdə Səbail rayonunun ərazisində yerləşən 6 orta məktəb iştirak etdi. Turnirdə iştirak edən gənc futbolçular 190, 203, 236, 162, 163 və 51 saylı orta məktəblərin şagirdləridir. Turnir iştirakçıları iki qrupa bölündü və hər qrupda 3 məktəb oynadı. 51 saylı məktəb çempionatın final mərhələsində öz rəqibləri üzərində qələbə q5azanaraq, “Səbail” futbol kubokunun sahibi oldular. İkinci yerin qalibi 236 nömrəli məktəb oldu, üçüncü yeri isə 203 nömrəli məktəb qazandı.
Peşəkarlar, məşqçilər və “skautlar” gənc və istedadlı uşaqların “Səbail” peşəkar futbol akademiyasının təlimlərində iştirak imkanını qazanması üçün onların oyununu çox diqqətlə izlədilər. Qeyd edək ki, qaliblər əvvəl U-9, daha sonra isə U-10 komandasının əsas heyətində oynamaq imkanı əldə edəcəklər.