Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Ukraynadan Antarktidaya səyahət edənlərin sayı iki dəfə artıb

Ukraynadan Antarktidaya səyahətə gedənlərin sənəd qəbulu keçirilir. 2020-2021-ci il mövsümü üçün sənəd verənlər ötən ilkindən iki dəfə çoxdur.
Bu barədə AZƏRTAC Ukrayna Milli Antarktida Elmi Mərkəzinin saytına istinadla xəbər verir. Müraciət edənlərin əksəriyyəti elm adamlarıdır. Onlar Antarktidada bənzərsiz elmi tədqiqat işlərini aparmaq imkanlarını əldə etmək istəyirlər.
Məlumata görə, Antarktidaya səfər etmək istəyən 88 ukraynalıdan 66-sı kişi, 22-si qadındır. Səfərə çıxacaq tam tərkibli heyət 2020-ci ilin yanvarında müəyyənləşəcək.
Antarktidaya turizm 1960-cı illərdən sonra başlayıb və dəniz səyahəti formasında olub. Hava uçuşları isə 1970-ci illərdən Avstraliya və Yeni Zellandiyadan ekskursiya formasında həyata keçirilir. Ümumən Antarktidaya turizm mövsümü yayda, noyabrda başlayıb, martda bitir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır