Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

Sentyabrda Batumidə VII Qara dəniz-Xəzər Nəqliyyat Forumu keçiriləcək

Sentyabrın 9-10-da Gürcüstanın Batumi şəhərində 6-cı Qara dəniz-Xəzər Beynəlxalq Nəqliyyat Forumu keçiriləcək.

“Seanews.az” xəbər verir ki, forumda əsasən regionda yükdaşıma sahəsində mövcud problemlər, bölgənin nəqliyyat infrastrukturunun inkişaf perspektivləri, dəniz limanları və terminalları, dəmir yolu, hava və avtomobil yolları vasitəsilə yükdaşımaların vəziyyəti, habelə, neft kəmərləri ilə daşınmalar və digər vacib məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Qara dəniz-Xəzər Nəqliyyat Forumu hər il keçirilir və bu tədbirdə regionun dəniz, hava, dəmir yolu və avtomagistrallarla yük daşınmaları sahəsində aktual məsələlər müzakirə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır