Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-30,
Seanews
Heyder Eliyev

Filippində bərə qəzasından sonra bir şirkətin bütün sərnişin gəmilərinin fəaliyyəti dayandırılıb

Filippin hakimiyyəti ölkənin cənubunda baş verən bərə qəzasından sonra hadisədə iştirak edən şirkətə məxsus bütün sərnişin gəmilərinin fəaliyyətini dayandırıb. Qəza nəticəsində azı 18 nəfər həlak olub. 300-dən çox insan xilas edilib.

“Seanews.az” xəbər verir ki, “M/V Trisha Kerstin 3” adlı yük və sərnişin bərəsi Basilan əyaləti yaxınlığında batıb. Hadisə zamanı gəmidə 317 sərnişin və 27 ekipaj üzvü olub. Axtarış-xilasetmə işləri davam edir, 10 nəfər – əsasən ekipaj üzvləri və kapitan hələ də itkin hesab olunur.

Filippinin Nəqliyyat naziri Covanni Lopes bildirib ki, bərənin sahibi olan “Aleson Shipping Lines” şirkətinə məxsus bütün sərnişin gəmilərinin istismarı qeyri-müəyyən müddətə dayandırılıb. Bu addım gəmilərin texniki vəziyyətinin və dəniz təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə atılıb.

Nazirin sözlərinə görə, sözügedən şirkətin gəmiləri 2019-cu ildən bəri 32 təhlükəsizlik insidentində iştirak edib. Digər bərə operatorlarının fəaliyyətinə isə icazə veriləcək ki, regionda nəqliyyatın hərəkəti iflic olmasın.

Filippin Sahil Mühafizəsi batmış gəminin təxminən 76 metr dərinlikdə olduğunu və hadisə yerində neft ləkəsinin müşahidə edildiyini açıqlayıb. Dalğıclar və uzaqdan idarə olunan sualtı aparat axtarışlara cəlb olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır