Misir Çindən gözəgörünməz sualtı qayıq almağı planlaşdırır
Misir Hərbi Dəniz Qüvvələri dünyanın ən müasir adi sualtı qayıqlarından birini ala bilər.
Bunu “Voyennoye Obozreniye” ərəb nəşri “Tactical Report”-a istinadən xəbər verir.
Vurğulanır ki, Çin tərəfi ilə danışıqlar zamanı təkcə sualtı qayığın alınması deyil, həm də texnologiyanın ötürülməsi və Misirdə istehsalın lokallaşdırılması müzakirə olunur.
Döyüş gəmisi Çin Gəmiqayırma Sənayesi Korporasiyası tərəfindən hazırlanıb və 2006-cı ildə istismara qəbul edilib. “039A” tipli dizel-elektrik sualtı qayığının əsas üstünlüklərindən biri onun gözəgörünməz olmasıdır. Bu, gəmiyə bir neçə həftə suyun altında
qalmağa imkan verən havadan müstəqil hərəkət sistemi ilə təmin edilir. Bu, belə sistemlə təchiz edilmiş Çinin ilk sualtı qayığıdır.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır