Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

“AIDAprima” kruiz gəmisi bioyanacaqla səfər edəcək

Rotterdam limanında “AIDAprima” kruiz gəmisi üzvi tullantılardan əldə edilən 100% bioyanacaq qarışığı ilə bunker edilib.

Bu barədə “AIDA Cruises”-in mətbuat xidməti xəbər verir.

Layihə üçün bioyanacaq “VARO Energy” şirkəti tərəfindən təmin edilib.

Bunkerdən sonra kruiz gəmisinin Hamburqdan başlayacaq səfərlərində bioyanacağı sınaqdan keçirməsi gözlənilir. Sınağın nəticələrinə əsasən, “AIDA Cruises” şirkətinin bütün donanmasında bioyanacaq qarışığından istifadə potensialının qiymətləndirilməsi planlaşdırılır.

Şirkət ümid edir ki, kruiz gəmilərində bioyanacaqdan istifadə adi yanacaqlarla müqayisədə istixana qazı emissiyalarını ən azı 85% azaldacaq.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır