Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

Yubileyiniz mübarək, Əsədullah müəllim !

Bu gün ADDA-nın Tədris-qeydiyyat şöbəsinin müdiri Əsədullah Süleymanovun 60 yaşı tamam olur.

1984-cü ildə Bakı Dəniz Yolları məktəbinin məzunu olan gənc Əsədullah Süleymanov, elə həmin il Xəzər Dəniz Gəmiçiliyi İdarəsində əmək fəaliyyətinə başlayıb. O, ticarət gəmilərində bir müddət motorçu, daha sonra mexanik vəzifəsində işləyib.

1989-cu ildə Gəmiçiliyin göndərişi əsasında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna qəbul olunub. 1994 -cü ildə institutu “Fərqlənmə diplomu” ilə bitirərək  Bakı Dəniz Yolları məktəbində işləməyə başlayıb. Şöbə müdirinin müavini vəzifəsindən, Bakı Dəniz Yolları məktəbinin bazasında yaradılan Azərbyacan Dövlət Dəniz Akademiyasında 2-ci şöbənin rəisi, Tədris şöbəsinin rəhbəri, Tədris və tərbiyə işləri üzrə prorektoru vəzifəsinədək yüksəlib.

O, hazırda ADDA-nın Tədris-qeydiyyat şöbəsinə rəhbərlik edir.

ADDA-nın inkişaf tarixində xüsusi rolu olan Əsədullah müəllimi ürəkdən təbrik edirik, ona uzun və sağlam həyat,  gələcək fəaliyyətində uğurlar arzulayırıq!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır