Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

ASCO-nun 50 milyon dollarlıq istiqraz emissiyası uğurla həyata keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən buraxılan, hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi 23 fevral 2024-cü il tarixində uğurla başa çatıb.

“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş yerləşdirmədə hərrac zamanı 8 hüquqi və 35 fiziki olmaqla, 43 investor tərəfindən verilib. Yerləşdirmədə bir istiqraz üzrə qiymət 1 000 (min) ABŞ dolları təklif edilməklə, 43 sifariş təqdim olunub. Sifarişlərin ümumi məbləği 50 000 000 (əlli milyon) ABŞ dolları təşkil edib.

Qeyd edək ki, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 45,233,000.00 ABŞ dolları (90.47 %), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 4,757,000.00 ABŞ dolları (9,53 %) olub.

Xatırladaq ki, ASCO tərəfindən təklif olunan istiqrazlara abunə yazılışı 18 dekabr 2023-ci il tarixindən 23 fevral 2024-cü il tarixinə qədər davam edib.

Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazları abunə yazılışı dövründə əldə bilməyən şəxslər təkrar bazardan əldə edə bilər.

ASCO istiqrazları üzrə faiz (kupon) ödənişləri 23 fevral 2024-cü il tarixindən hesablanmağa başlayacaq və ildə iki dəfə 6 aydan bir ödəniləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır