Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

“Maersk” yedəkləmə xidmətləri bölməsini ayrı bir şirkətə çevirəcək

Danimarkanın “A.P. Moller-Maersk” (“APMM”, Kopenhagen) nəqliyyat və logistika şirkətlər qrupunun Direktorlar Şurası dəniz sənayesinə yedəkləmə və digər xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan “Svitzer” bölməsini müstəqil şirkətə çevirmək qərarına gəlib.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, ayrılma prosedurunun bir hissəsi olaraq, “Svitzer A/S” və onun törəmə şirkətlərinin səhmləri, habelə müəyyən digər aktiv və öhdəliklər yeni hüquqi şəxs olan “Svitzer Group A/S”-ə veriləcək.

Bölmə ilə bağlı nizamnamə sənədlərinin imzalanması və dərci təxminən 22 mart 2024-cü il tarixinə planlaşdırılır. Bundan sonra “Maersk”-in Direktorlar Şurası qrupun səhmdarlarına bölmə ilə bağlı qərarı təsdiq etməyi təklif edəcək. Kopenhagen Fond Birjasında ayrıca “Svitzer Grup”-unun səhmlərinin ilk ticarət günü 30 aprel 2024-cü il tarixinə planlaşdırılır.

Direktorlar Şurası “Svitzer Grup” üçün səhm növlərinin vahid strukturunu təklif etmək niyyətindədir. Bu halda, qiymətli kağızlar “Maersk” səhmdarları arasında proporsional olaraq bölüşdürüləcək: 500 DKK dəyərində nominal “APMM” səhminə bir “Svitzer” səhmi və 1000 DKK dəyərində bir “APMM” nominal səhm üçün iki “Svitzer” səhmi.

“Svitzer”in rəhbərliyi hazırda baş direktor Kasper Friis Nilaus və maliyyə direktoru Knud Vinklerdən ibarətdir. Gələcək şirkətdə də eyni funksiyaları yerinə yetirəcəklər. “Svitzer”in yeni Direktorlar Şurasına sədr Morten H. Engelstoft, sədr müavinləri Robert M. Uggla, Kristin Morris və Piter Vikström təklif olunub. 26 aprel 2024-cü il tarixində prosedur başa çatdıqdan sonra onların Direktorlar Şurasının üzvü kimi namizədliklərinə baxılacaq. Həmçinin 2025-ci ildə keçiriləcək illik ümumi yığıncaqda “Svitzer Grup”-un Direktorlar Şurasına əlavə bir və ya iki müstəqil namizədin irəli sürülməsi planlaşdırılır.

“Svitzer Grup”-in baş ofisi Kopenhagendə yerləşəcək.

1833-cü ildən dəniz sənayesində fəaliyyət göstərən “Svitzer” limanlarda və dəniz obyektlərində yedəkləmə və digər xidmətlərin ən böyük təchizatçılarından biridir. Şirkətin 440-dan çox gəmidən ibarət xüsusi donanması 30-dan çox ölkədə hər il 135 mindən çox müxtəlif əməliyyatlar həyata keçirir və limanların  akvatoriyasında və terminallarda 50 mindən çox LNG tankerini müşayiət edir.

“Svitzer”in 2023-cü ildə gəliri 839 milyon dollar olub.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır