Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

ASCO-da “Səbail" PFK-nın təmsilçiləri ilə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin və “Səbail” Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurasının sədri Rauf Vəliyev Klubun rəhbər heyəti, məşqçiləri və futbolçuları ilə görüşüb.

Rauf Vəliyev “Səbail” PFK-da islahatların uğurla davam etdirildiyini, oyunçu heyətinin yeniləndiyini diqqətə çatdırıb. O bildirib ki, əsas məqsəd raqəbət apara biləcək güclü komandanın formalaşdırılmasıdır.

Son oyunların nəticələrinin ürəkaçan olduğunu deyən Rauf Vəliyev Klubun bundan sonra da gözləntiləri doğruldacağına inandığını bildirib. O, qarşıya qoyulan strateji hədəflərdən danışaraq “Səbail”in gücləndirilməsi, stabil oyun nümayiş etdirməsi və uğurlu nəticə göstərən komanda kimi formalaşması üçün ASCO-nun lazımi dəstəyi bundan sonra da davam etdirəcəyini vurğulayıb. 

Müşahidə Şurasının sədri həmçinin Klubdakı problemlərə toxunub və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məşqçi heyətə müvafiq tapşırıqlarını verib.

Rauf Vəliyev dənizçilərin təmsilçilərinə növbəti oyunlarda da futbol meydançalarında uğurlar arzulayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır