Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Yaponiya “Fukusima-1” AES-dən suyun ilk partiyasını boşaldıb

Yaponiyada qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının operatoru olan “Tokyo Electric Power” (TEPCO) enerji şirkətinin əməkdaşları atom stansiyasından təmizlənmiş suyun birinci partiyasının okeana axıdılmasını başa çatdırıblar. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, dənizə 7,8 min tona yaxın maye axıdılıb. Tokio Elektrik Enerjisi işçiləri atom elektrik stansiyasında yerləşən avadanlığı yoxlayacaq, bundan sonra sentyabrın sonuna kimi eyni həcmdə ikinci su partiyasının boşaldılmasına başlayacaq.

Bundan əlavə, NHK telekanalının məlumatına görə, cari maliyyə ilinin sonunadək (2024-cü il martın 31-də bitir) TEPCO okeana təxminən 31,2 min ton təmizlənmiş su axıtmağı planlaşdırır. Bu həcm atom elektrik stansiyasının ərazisində yerləşən maye ilə 40 çənə uyğundur.

2011-ci ilin martında sunami nəticəsində zədələnmiş reaktorların soyudulması üçün istifadə edilən “Fukusima-1” atom elektrik stansiyasının ərazisindəki çənlərdə 1,25 milyon tondan çox su yığılıb.

Avqustun 24-də TEPCO, Tokionun da bəyan etdiyi kimi, təmizlənmiş, dəniz suyu ilə daha da qarışdırılmış və radioaktiv maddələrdən təmizlənmiş, lakin müəyyən edilmiş standartlardan xeyli aşağı, tərkibində hələ də tritium (hidrogenin radioaktiv izotopu) olan kiçik həcmlərdə suyun ilk partiyasını okeana buraxmağa başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır