Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-27,
Seanews
Heyder Eliyev

"Gəmilərin məhkəmə qərarı ilə satışının beynəlxalq nəticələri haqqında Konvensiyası”nın imzalanma mərasimi keçirilib

Pekində BMT-nin “Gəmilərin məhkəmə qərarı ilə satışının beynəlxalq nəticələri haqqında Konvensiyası”nın (Pekin Konvensiyası kimi də tanınır) imzalanma mərasimi keçirilib.

"Seanews.az" xəbər verir ki, mərasimdə 34 ölkə və regionun nümayəndələri iştirak edib. Çin, İsveçrə, Sinqapur və Səudiyyə Ərəbistanı da daxil olmaqla 15 ölkə və region konvensiyanı ilk imzalayanlar olub.

Sənədi Çinin adından imzalayan Çin Xalq Respublikası ticarət nazirinin müavini Van Şouven bildirib ki, bu konvensiya müvafiq beynəlxalq dəniz ticarəti qaydalarındakı boşluğu aradan qaldırır və bu, məhkəmə qərarı ilə gəmilərin satışında əməliyyat xərclərini azaltmağa kömək edəcək və gəmilərin mülkiyyəti kimi müəyyən hüquqların sabitliyinə zəmanət verəcəkdir.

Konvensiyanın gəmi əməliyyatlarının asanlaşdırılmasında, gəmiçiliyin inkişafı və qlobal ticarətdə müsbət rol oynayacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır