Danimarka şirkəti üç ərzaq məhsulları daşıyan tanker alacaq
Danimarkanın “TORM” şirkəti təkrar bazarda dedveyti 25-55 min ton olan və ərzaq məhsulları daşıyan üç ekoloji cəhətdən təmiz tankerin alınmasına dair müqavilə bağlayıb.
“Seanews.az”-ın məlumatına görə, ödəniş 1,42 milyon əlavə səhm buraxmaqla (50%) həyata keçiriləcək. Əməliyyat məbləği 48,5 milyon dollardır.
Gəmilər 2013-cü ildə Cənubi Koreyanın gəmiqayırma zavodunda tikilib və bütün ekoloji təmizlik tələblərinə cavab verir. Onlar 2023-cü il mayın 31-dək “TORM”-ə təhvil veriləcək. Bu üç tankerin çatdırılması ilə şirkətin donanmasında gəmilərin sayı 88 olacaq.
“TORM” A/S (qərargahı Kopenhagen, Danimarka) dünyanın ən qədim (1889-cu ildə yaradılıb) və aparıcı əlvan neft məhsulları daşıyıyan gəmiçilik çirkətlərindən biridir. Şirkət LR1, LR2 və MR siniflərində 45 000 ilə 114 000 DWT arasında dəyişən 80-dən çox təhlükəsiz və ekoloji cəhətdən təmiz gəmilərdən ibarət donanma idarə edir. Şirkətin Manila, Sinqapur, Mumbay və Hyustonda nümayəndəlikləri var.