Niderland yeni üzən LNG terminalı qurmağı planlaşdırır
Niderland dövlət şəbəkə operatoru “Gasunie” Niderlandda LNG idxalını genişləndirmək imkanlarını araşdırır.
“Seanews.az”ın məlumatına görə, araşdırma İqtisadiyyat və İqlim Nazirliyi ilə razılaşdırılmaqla aparılır. Həm mövcud, həm də yeni sahələr nəzərdən keçirilir.
Xüsusilə, Eemshafen (“EemsEnergyTerminal”) və Rotterdamda (“Gate”) mövcud qurğuların texnoloji optimallaşdırılması yolu ilə daha da genişləndirilməsi planları var. Rotterdamda əlavə bir çən quraşdırılacaq. Xatırladaq ki, terminal artıq genişləndirilib.
Bundan əlavə, gələn il kifayət qədər qaz tədarükünü təmin etmək üçün bir və ya bir neçə yeni üzən LNG terminalının quraşdırılması variantı götür-qoy edilir. Bu məqsədlər üçün Terneuzen limanı nəzərdə tutulur.
“Gasunie”-da bildiriblər ki, bu qış Niderlanda qaz qıtlığı gözlənilməsə də, Şimal-Qərbi Avropada adekvat infrastrukturun olmaması səbəbindən qiymətlər yüksək olacaq.


