Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-01-28,
Seanews
Heyder Eliyev

Xoşbəxt Yusifzadə: Adımın tankerə verilməsi Prezident İlham Əliyevin təşəbbüsü idi

Bu gün özümü adım kimi çox xoşbəxt hiss edirəm. Bu, mənim üçün bir bayram günüdür. Hörmətli Prezidentimiz İlham Əliyevin mənim adım verilən tankerin istismara verilməsi mərasimində iştirak etməsi mənim üçün böyük bir hədiyyə oldu.

Bunu AZƏRTAC-a müsahibəsində görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

Xoşbəxt Yusifzadə bildirib: “Ümumiyyətlə, bu tankerə mənim adımın verilməsi Prezident İlham Əliyevin təşəbbüsüdür. Dövlətimizin başçısı 90 illik yubileyimdə bu təkliflə çıxış etdi və bu gün də gəminin suya buraxılması mərasimində iştirak etdi. Ona görə bu gün mənim üçün çox əziz gündür”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır