Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

Təcrübəli kapitan Nadir Dadaşov 76 yaşını qeyd edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, təcrübəli kapitan Nadir Dadaşov 76 yaşını qeyd edir.

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Nadir Dadaşovla görüşüb, onu doğum günü münasibətilə təbrik ediblər. Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Qeyd edək ki, Nadir Dadaşov 1946-ci il iyunun 27-də Bakıda doğulub.

O, dənizçiliyə atası, nüfuzlu gəmi kapitanı Dərya Dadaşovun sayəsində uşaqlıqdan maraq göstərib.

1966-cı ildə Bakı Dənizçilik Məktəbini, 1982-ci ildə Odessa Dənizçilik Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus gəmidə kapitanın III köməkçisi kimi başlayıb. Uzun müddət müxtəlif növ gəmilərdə fərqli vəzifələrdə işləyib və bacarığı sayəsində qısa müddətdə kapitan vəzifəsinədək yüksəlib. 2006-cı ildən 2011-ci ilədək hamiyəçi-kapitan kimi fəaliyyətini davam etdirib. 2011-ci ildən təqaüdə çıxanadək, yəni 2021-ci ilə kimi hazırkı Dövlət Dəniz və Liman Agentliyində müxtəlif vəzifələrdə çalışıb.

Nadir Dadaşov Prezident İlham Əliyevin Sərəncamları ilə 2014-cü ildə “Tərəqqi” medalına, 2020-ci ildə 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır