Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-18,
Seanews
Heyder Eliyev

Baltik dənizinin dibində Almaniyanın müharibə dövründəki patrul kateri tapılıb

Baltik dənizinin dibində 1944-cü ildə batmış  alman patrul gəmisi aşkar edilib.

“Seanews.az” xəbər verir ki, Rusiya Coğrafiya Cəmiyyəti və Baltik Donanması tərəfindən Kalininqrad vilayətində aparılan hərbi-texniki tarix və istehkam obyektlərinin axtarışı və tədqiqi üzrə kompleks ekspedisiyanın üzvləri tərəfindən tapıntının öyrənilməsindən sonra belə qənaətə gəlinib.

Gəmi 23 metr dərinlikdədir. O, Hidroqrafiya Xidmətinin “GS-214” gəmisindən sualtı pilotsuz uzaqdan idarə olunan aparatın köməyi ilə müayinə olunub. Dəniz axtarış-xilasetmə idarəsinin dalğıcları da sualtı obyektə eniblər.

Qrupun rəhbəri Andrey İvanov bildirib ki, “V-1802” alman patrul gəmisi kimi qeydiyyata alınan tapıntı bundan əvvəl Fransanın keçmiş "Orient" balıqçı gəmisi olub. Hərbi tarixçi, “Böyük Qələbənin gəmilərinə təzim” ekspedisiyasının elmi məsləhətçisi Miroslav Morozovun təqdim etdiyi arxiv məlumatlarına görə, bu patrul kateri digər ”V-310” ilə birlikdə 11 noyabr 1944-cü ildə Pillau-Memel marşrutu ilə (indiki Baltiysk və Klaypeda şəhərləri) hərəkət edib.

Hər iki alman gəmisi Baltik Donanması Hərbi Hava Qüvvələrinin 11-ci hava diviziyasının “İl-2” təyyarəsi tərəfindən hücuma məruz qalıb. Nəticədə “V-1802”-nin maşın şöbəsinə iki bomba düşərək yanğına səbəb olub. Gəmi su altında qalıb, buna qədər heyətin bir hissəsi “SKR V-310”-u oradan çıxara bilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır