Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Ulu öndər Heydər Əliyev görkəmli Azərbaycan ədəbiyyatı klassiklərinə daim böyük hörmətlə yanaşırdı

Ulu öndər Heydər Əliyev görkəmli Azərbaycan ədəbiyyatı klassiklərinə daim böyük hörmətlə yanaşırdı.

Təsadüfi deyil ki, Heydər Əliyev 1973-cü ildə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyinin dünya səviyyəsində qeyd olunması üçün tədbirlər görməyə başlayanda, ilk addım kimi Xəzər Dəniz Gəmiçiliyi İdarəsi üçün tikilməkdə olan teploxoda “Şair Nəsimi” adının verilməsi barədə qərar qəbul etmişdi. 

Bunun ardınca Heydər Əliyev Mərkəzi Komitə bürosunun növbəti bir qərarını imzalayacaqdı. Həmin qərarda belə bir bənd də var idi: “...Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinə tapşırılsın ki, görkəmli dövlət xadimlərinin, Azərbaycan ədəbiyyatı klassiklərinin adını daşıyan Xəzər teploxodlarında muzey guşələrinin yaradılması məqsədilə materiallar hazırlayaraq xarici ölkələrə üzən gəmilərə versin”.

Bu isə o demək idi ki, Heydər Əliyev, məsələn, xarici ölkə limanlarına üzən “Şair Nəsimi” gəmisində İmadəddin Nəsiminin kimliyini sübut edən sənəd və materiallardan ibarət muzey guşəsinin yaradılmasını istəyir və tələb edirdi. Ona görə ki, xarici ölkə vətəndaşları da Azərbaycanın belə görkəmli şair və filosoflarının olduğundan xəbər tutsun...


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır