Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Akademik Tofiq İsmayılovun doğum günüdür 

Bu gün akademik Tofiq İsmayılovun doğum günüdür.

Tofiq İsmayılov 1933-cü ilin bu günü Bakıda dünyaya gəlib. Onun Azərbaycanın müxtəlif elm sahələrində, ən əsası texniki elmlər üzrə gördüyü işlər əvəzolunmazdır.

1991-ci ilin noyabr ayının 20-də Tofiq İsmayılov Qarabağın Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak olub.

Texnika elmləri doktoru, Azərbaycan Respublikasının ilk dövlət Katibi Tofiq İsmayılov çoxsaylı təltif və mükafatlara, fəxri fərmanlara layiq görülüb. 

Bu gün də Tofiq İsmayılovu dərin hörmət və qürurla xatırlayırıq.  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində də akademikin xatirəsi hər zaman uca tutulur. ASCO-nun Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilərindən biri Tofiq İsmayılovun adını daşıyır.  Onun adının həkk olunduğu gəmi Xəzər dənizində dalğıc əməliyyatları yerinə yetirir.

“Tofiq İsmayılov” dalğıc gəmisi  91.8 metr uzunluğa, 17 metr enə malikdir. Onun bortunun hündürlüyü 7,2 metrdir. Sürəti 12 uzelə, iş dərinliyi 300 metrə bərabərdir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır