Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

XVII Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çap olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XVII Beynəlxalq elmi-texniki konfransın “Məruzə materialları” çapdan çıxıb.

Elmi-texniki konfransa ümumilikdə 89 məruzə daxil olub. Onların sırasında Rusiya, Qazaxıstan və Ukraynadan da elmi məqalələr var.  ADDA müəllimləri 40,  respublika ali məktəblərinin, AMEA-nın elmi-tədqiqat institutlarının və müxtəlif şirkətlərin müəllifləri isə 43 məqalə təqdim ediblər.

Konfransa təqdim edilən elmi işlərin bir hissəsi konfransın “Məruzə materialları”nda, ən yaxşıları isə “ADDA-nın Elmi Əsərləri” jurnallarında çap olunur.

Yükləmək üçün Link: Məruzə materialları 2022


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır