Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Yaponiya hərbi-dəniz qüvvələri Aralıq dənizində NATO ilə birgə hərbi təlimlər keçirib

Yaponiya hərbi-dəniz qüvvələrinin gəmiləri Aralıq dənizində NATO ilə birgə hərbi təlimlər keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Asahi Shimbun” qəzeti hərbi komandanlığa istinadla məlumat yayıb. Təlimlərdə Yaponiya tərəfdən iki hərbi-təlim gəmisinin, İtaliya və Türkiyə tərəfdən isə hər birindən bir freqat gəmisinin iştirak etdiyi bildirilir.

Qəzetin yazdığına görə Yaponiyanın Müdafiə Nazirliyi NATO ilə əməkdaşlığı daha da fəallaşdırmağa çalışır. Eyni zamanda, rəsmi Tokionun NATO-nun Asiya-Sakit okean regionunda iştirakını genişləndirməsini arzuladığı bildirilir.

Xatırladaq ki, iyunun 7-də Tokioda NATO hərbi komitəsinin başçısı, Niderland hərbi-dəniz qüvvələrinin admiralı Rob Bauer Yaponiya özünümüdafiə qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsinin sədri general Kozi Yamazaki və müdafiə naziri Nobuo Kişi ilə danışıqlar aparıb. Həmin görüşlərdə birgə hərbi təlimlərin təşkilinin artırılması, Tokio ilə NATO arasında əməkdaşlığın yeni formalarının genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Yaponiya silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsini icra edən birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri mayda ilk dəfə Brüsseldə NATO ölkələrinin baş qərargah rəislərinin toplantısında iştirak edib. İyunun sonunda isə Yaponiyanın Baş naziri Fumio Kişidanın Madriddə keçiriləcək NATO sammitinə qatılacaq ilk hökumət başçısı olacağı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır