Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Bir sıra Skandinaviya ölkələri Baltik dənizi hövzəsində birgə hərbi təlimlərdə iştirak edəcək

Bir sıra Skandinaviya ölkələri Baltik dənizi hövzəsində birgə hərbi təlimlərdə iştirak edəcək.

AZƏRTAC İsveç KİV-lərinə istinadən xəbər verir ki, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Hollandiya, Norveç və İsveç müxtəlif qoşun növlərindən ibarət müştərək ekspedisiya qüvvələrinin bu təlimlərdə iştirakı artıq təsdiqlənib.

Yeni təlimlərdə bağlı şərhində İsveç Müdafiə Nazirliyinin rəhbəri Peter Hultqvist bildirib ki, birgə ekspedisiya qüvvələri müxtəlif növ böhran vəziyyətlərində əməkdaşlığa hazır olan on ölkədən ibarətdir.

“İndi Baltik dənizində naviqasiya azadlığının təmin edilməsi üçün yaxın vaxtlarda bu təlimlər baş tutacaq. Bu, çox mühüm mərhələdir, lakin bununla dayanmayacağıq. Bizim gələcəkdə daha çox təlimlər keçirmək planımız var. Əməkdaşlığımız böhran zamanlarında tez istifadə edilə bilən gücümüzdür”, - deyə Peter Hulkvist bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır