Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

ADDA müəlliminin tədqiqat əsəri-monoqrafiyası çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Dövlət Dəniz Akademiyasının “Humanitar fənlər” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Rzayevanın dünya dilçiliyində hakim mövqedə olan antroposentrik paradiqm-sosiolinqvistika, psixolinqvistika və onun ən müasir qollarından olan koqnitiv dilçilik sahəsi üzrə “Azərbaycan dilçiliyinin dünya dilçiliyinə inteqrasiyası” adlı tədqiqat əsəri - monoqrafiyası çapdan çıxıb.

Monoqrafiya  Azərbaycan, o cüm­lədən roman-german dilləri üzrə aparılmış araşdırmaların istiqamətlərini, onların elmi-nəzəri səciy­yəsini verməklə bərabər, gələcəkdə müxtəlif dillərin struktur və funksional baxı­mdan öyrənilməsi ilə bağlı sonrakı araşdırmaların inkişafına təkan verə bilər. Monoqrafiyanın nəticələrindən nəzəri və tipoloji dilçiliyin müxtəlif aspektlərinin tədqiqində istifadə edilə bilər. Monoqrafiyadan ali məktəb­lər­də müxtəlif dillərin tədrisində, dilçiliyin ayrı-ayrı sahələrinin təd­­risinin keyfiyyətinin yaxşılaşdırılması, elmi-metodik vəsait və proqramların hazırlan­ması işində faydalanmaq mümkündür.

Müəllif illərlə məşğul olduğu psixolinqvistika elminin nəticələrinin pedaqoji prosesdə uğurla tətbiqinə nail olub, 2021-ci ilin may-iyun aylarında təlim və tədris prosesinin müasir innovativ tətbiq üsullarıyla layihələndirilməsi üzrə İsveçrə akkreditasiyalı, dünyanın nüfuzlu beynəlxalq dərəcəli təlim kurslarını müvəffəqiyyətlə bitirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır