Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Dövlət İmtahanı ilə bağlı qərara müvəqqəti dəyişikliklər qəbul edilib

Azərbaycan Respublikasinin Nazirlər Kabineti həm ali təhsil müəssisələrində, həm də orta ixtisas təhsili müəssisələrində dövlət attestasiyasının keçirilməsi qaydalarında müvəqqəti dəyişikliklər edib.

Dəyişikliyə əsasən, bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə görə, başqa sözlə Ümumi Orta Müvəffəqiyyət-ə (ÜOMG) görə Dövlət Attestasiyasından keçmiş hesab olunacaqlar. 

Yəni, tələbə oxuduğu müddətdə aldığı qiymətlərin orta ədədi ilə qiymətləndiriləcək və bu qiymərə uyğun olaraq ona bakalavr diplomu veriləcək. Orta qiyməti (ÜOMG) ilə razılaşmayan tələbə üçün Dövlət Attestasiyası təşkil olunacaq. 

Bu dəyşiklik orta ixtisas müəssisələri üçün də eyni qaydada olacaq.

Xatırladaq ki, qərar 2021-ci il 1 oktyabra qədər qüvvədədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır