Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Saaremaa adası yaxınlığında iki həftə ərzində dənizdə təlim keçiriləcək

Estoniyanın Saaremaa adası yaxınlığında iki həftə ərzində dənizdə minaların axtarışını həyata keçirən və manevretmə üzrə təlimlərdə iştirak edən NATO-nun 1-ci Daimi Mina Əleyhinə Gəmi Qrupu bu il artıq ikinci dəfə olmaqla Estoniyaya gəlib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Estoniyaya gələn qrupun tərkibinə “LNS Jotvingis” qərargah gəmisi, Estoniyanın tral gəmisi “EML Admiral Cowan”, müttəfiq ölkələrin “LVNS Imanta”, “FGS Sulzbach Rosenberg”, “HNOMS Maloy”, “BNS Crocus” və “HNLMS Schiedam” gəmiləri daxildir.

Bildirilib ki, təlimlərdə əlavə dəstək Estoniyanın “EML Sakala” və “EML Ugandi” gəmiləri, həmçinin Estoniyanın “EML Wambola” qərargah dəstək gəmisi tərəfindən təmin olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır