Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA-da əyani təhsilə hazırlıq aparılır

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov Akademiyada tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili barədə əmr imzalayıb.

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  29.08.2020-ci il tarixli 312 nömrəli qərarına uyğun olaraq verilən əmrə əsasən, ADDA-ya bu il qəbul olacaq 1-ci kurs tələbələrinin 2020-ci ilin oktyabrın 1-dən əyani formada təhsilə başlaması nəzərdə tutulur. 2, 3 və 4-cü tədris ilində təhsil alacaq tələbələr isə ixtisasların siyahısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla oktyabrın 15-dən əyani formada tədrisə başlayacaqlar. Həmçinin Təhsil Nazirliyi ilə razılaşdırmaqla hər qrupda 10 nəfərdən artıq olmamaq şərti ilə trenajor və laboratoriya dərslərinin ənənəvi formada təşkili də planlaşdırılır.

Tədris qeydiyyat şöbəsinə, fakültə dekanlarına və kafedra müdirlərinə sentyabrın 15-dən əyani təhsil başlayanadək Akademiyada 2, 3 və 4-cü tədris illərində təhsil alan tələbələr üçün tədris prosesinin distant (onlayn platforma üzərindən) formada təşkili tapşırılıb.

Payız semestrində tədrisi nəzərdə tutulmuş bütün fənlərdən elektron materiallar Akademiyanın rəsmi internet səhifəsində (www.adda.edu.az) yerləşdiriləcək.

Əmrdə Akademiyada tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin mütəmadi həyata keçirilməsi, tələbələrin yataqxanada yerləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması, tələbələrin yataqxanaya daxil olması zamanı temperaturlarının ölçülməsinin və əllərinin dezinfektorlarla emal edilməsinin təşkili kimi müddəalar da əksini tapıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır