Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA-da Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Elmi Şuranın növbəti iclası keçirilib. Bu dəfəki iclasda Şura üzvlərindən başqa Akademiyanın strukturuna daxil olan şöbələrin rəhbərləri də iştirak ediblər.

İclasa sədrlik edən ADDA-nın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Zahid Şərifov gündəlikdə duran məslələri iclas iştirakçıların diqqətinə çatıdırıb. Sonra o, Akademiyanın 2019-cu ildəki fəaliyyətinə həsr olunmuş hesabatı təqdim edib. Ötən ildə görülən işlər haqqında məumat verən Zahid Şərifov Akademiyanın qazandığı uğurlar və qarşısında duran problemlər haqqında da danışıb. Tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan məsələlərə toxunaraq bildirib ki, bu məsələ Akademiyanın ən başlıca vəzifəsi olaraq qalır. Maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris prossesinə peşəkar mütəxəssislərin cəlbi və təcrübənin təşkilinin daha keyfiyyətli qurulması ADDA rəhbərliyinin əsas diqqət mərkəzindədir.

Zahid Şərifov bu işlərin uğurla aparılması istiqamətində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) diqqət və qayğısını həmişə hiss olunduğunu da qeyd edib. Hər təcrübə müddətində tələbələr üçün ASCO-nun bütün donanmalarına məxsus gəmilərdə yaradılan şəraiti bunun bariz nümunəsi kimi iclas iştirakçılarının diqqətinə çatdırIB.

Sonra Elmi Şura gündəlikdə duran digər məsələlərin müzakirəsi ilə davam edib. Mövzularla bağlı çıxışlardan sonra müvafiq qərar layihəsi qəbul olunub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır