Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ADDA tələbələri təcrübə müddətində tələb olunan bütün sənəd və sertifikatlarla, xüsusi geyim formaları ilə təmin edilirlər

ADDA-da tələbələrin tədris-istehsalat təcrübələrinin təşkili Azərbaycan Respublikasının Təhsil Qanunu, Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair” 1978-ci il tarixli əlavələr edilmiş beynəlxalq konvensiyanın (STCW-78) tələbləri və Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələrinin təcrübə keçmələri haqqında Əsasnaməyə uyğun həyata keçirilir.

Təcrübənin - tədris (üzmə) təcrübəsi, istehsalat (üzmə) təcrübəsi və diplomqabağı təcrübə kimi növləri var.

“Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələrin oxuduqları 4 ildə təcrübə müddəti 52 həftə təşkil edir. “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrin təcrübə müddəti isə 4 ildə 14 həftədir.

ADDA tələbələri əsasən ASCO-nun Dəniz Nəqliyyat Donanması və Xəzər Dəniz Neft Donanmasının gəmilərində təcrübə keçirlər. ASCO-nun xarici sularında üzən gəmilərində də tələbələrimiz üçün təcrübə keçmək imkanı var.  Təcrübənin təşkili zamanı Azərbaycanda fəaliyyət göstərən digər yerli və xarici gəmiçilik şirkətləri ilə  də əməkdaşlıq edilir.

“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasının tələbələri “Bibiheybət” Gəmi Təmiri Zavodu, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Xəzərdənizlayihə” elmi-tədqiqat institutu və Bakı Gəmiqayırma Zavodunda təcrübə keçirlər.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Dəniz Akademiyası tərəfindən tələbələr təcrübə müddətində tələb olunan bütün sənəd və sertifikatlarla, xüsusi geyim formaları ilə təmin edilirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır