Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Sabit Orucov” sərnişin gəmisində ADDA tələbələri üçün təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin ixtiyarına verilən “Sabit Orucov” sərnişin gəmisində növbəti təlim keçirilib. Təlim ADDA-nın “Dəniz naviqasiyası mühəndisliyi” və “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasında təhsil alan I kurs tələbələri üçün təşkil olunub.

Təlimin əsas mövzuları tələbələrə “Qayıq həyəcanı” və “Yanğın həyəcanı” siqnalları verilərkən gəmini tərketmə mexanizminin öyrənilməsi, xilasetmə vasitələrindən düzgün istifadə edilməsi, evakuasiya yollarında nizam-intizam qaydalarına dəqiq riayət olunması, xilasetmə qayığında yaşama üsulları, yanğının aşkar edilməsi üçün görülən taktiki tədbirlər, yanğının qarşısının alınması zamanı mühafizə geyimindən və yanğınsöndürmə vasitələrindən istifadə bacarıqlarına yiyələnmək, alovla mübarizə, qapalı mühitdə süni nəfəs aparatının tətbiqi və sair məsələlər olub.

Ümumilikdə 110 tələbənin iştirak etdiyi təlimlər SOLAS və STCW beynəlxalq konvensiyalarının tələblərinin yerinə yetirilməsi baxımından böyük əhəmiyyət daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır