• Bakı, 2020-03-30,
Seanews
Heyder Eliyev

Payız imtahan sessiyası başlayıb

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında 2019/2020-ci tədris ilinin ilk imtahan sessiyası başlayıb. Dekabrın 27-dən mart ayının 3-nə qədər davam edəcək sessiyada Akademiyanın bakalavriat və magistratura pillələrində təhsil alan bütün tələbələri semestr zamanı topladıqları biliklərdən imtahan verəcəklər. Payız sessiyasında ümumilikdə 377 imtahan keçiriləcək. Onlardan 152 imtahan test, 225 imtahan isə yazılı üsulla aparılacaq.

Test üsulu ilə keçirilən imtahan İKT ilə təchiz olunan xüsusi auditoriyada aparılır. Bu üsul ilə aparılan imtahanın nəticəsi imtahan bitən kimi tələbənin həmin fənn üzrə imtahanqabağı balı ilə cəmlənərək ekranda görünəcək.

Yazılı imtahanların yoxlanılması fənn müəllimləri üçün hazırlanmış xüsusi təlimata uyğun aparılır. Bu işləri yoxlamaq üçün müəllimlərin sayı həmin gün imtahan verən tələbələrin sayına uyğun müəyyən edilir. 

Payız sessiyasında imtahanın gedişini izləmək üçün professor-müəllim və tədris-köməkçi heyətdən ibarət 30-a yaxın nəzarətçi cəlb edilib.

İmtahanlardan öncə hər bir kafedrada tədris olunan fənlər üzrə məsləhət saatları təyin edilib. Tələbələr əvvəlcədən təqdim olunan cədvələ uyğun ayrılan saatlarda bu imkandan istifadə edə bilərlər.

İmtahanın nəticələrindən narazı qalan tələbə nəticələrin elan olunduğu gün apellyasiya komissiyasına müraciət edə bilər. Bu komissiya fakültə dekanlarının sədrliyi ilə müvafiq fənn kafedrasının müdiri və müəllimlərindən ibarət olur.

Tələbələrimizə payız sessiyasında uğurlar arzu edirik!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır