• Bakı, 2019-12-06,
Seanews
Heyder Eliyev


ASCO-nun xarici sularda üzən gəmilərində təcrübə keçən ADDA tələbələri Vətənə qayıdıblar

Azərbaycan Dövlət Dəniz Akademiyasının təhsildə fərqlənən  8 tələbəsi bu il yay təcrübəsi zamanı ASCO-nun xarici sularda üzən gəmilərində üzmə-istehsalat təcrübəsində olublar. Tələbələr  Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qaradağ”, “Maestro Niyazi”, “Mahmud Rəhimov” və ”Teymur Əhmədov” universal quru yük gəmilərində təcrübə keçmək şansı qazanıblar.

“ Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Dəniz naviqasiyası mühəndisliyi” ixtisaslarında təhsil alan bu tələbələr artıq təcrübələrini başa vuraraq Vətənə dönüblər. Özlərinin dediyinə görə ixtisasları haqqında Akademiyada öyrərndikləri nəzəri bilikləri təcrübədə daha da mükəmməlləşdirmək üçün  bu təcrübə çox gözəl şans oldu. “Təcrübə müddətində gəmi heyəti ilə bərabər verilən tapşırıqları həvəslə yerinə yetirirdik” deyən tələbələr gəminin quruluşu və ümumi xarakteristikasını, göyərtədə və kapitan körpüsündə olan avadanlıqlar ilə biləvasitə yaxından tanış olmalarını özləri üçün dəyərli təcrübə hesab edirlər.

Qeyd edək ki, onlar təcrübə müddətində Qara dəniz, Azov dənizi, Mərmərə dənizi, Egey dənizi, İon dənizi və Adriatik dənizi olmaqla 6 dənizdə üzərək, Bosfor, Kerç, Dardanel və Korinf boğazlarından keçiblər.  

Öz təəsüratları ilə bölüşən tələbələr bildiriblər:“Bizə bu təcrübə şəraitini yaratdıqların üçün ASCO rəhbərliyinə öz təşəkkürümüzü çatdırırıq. Ümid edirik ki, digər tələbə yoldaşlarımız üçün də belə bir fürsət olacaq və onlar da bizim kimi maraqlı və dəyərli təcrübə keçə biləcəklər.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır