Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Məqsədim mühəndis olaraq texniki sahədə yeniliklər etməkdir

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə Dəniz Nəqliyyatı Donanmasının mexaniki Səid Orucovla sizi yaxından tanış edirik.

Səid Orucov 2008-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi Energetik Qurğuları və onların istismarı” ixtisasına daxil olub. 2012-ci ildə bakalavr təhsilini başa vurub.

2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismar mühəndisliyi” ixtisası üzrə magistr pilləsinə qəbul olub. 2015-ci ildə magistraturanı bitirib.

2015-ci ildə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də matorçu kimi işə başlayıb. 2016-cı ildə 4-cü mexanik, daha sonra 3-cü mexanik olub. 2017 ci ilin oktyabrında  2-ci mexanik vəzifəsinə yüksəlib.

Səid Orucovun 6-dan çox müxtəlif elmi texniki jurnallarda məqaləsi dərc olunub.

2016-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində nəşr edilən “СУДОСТРОЕНИЕ" jurnalında məqaləsi yer alıb.

2016-cı ildə Almaniyanın “LAMBERT” nəşriyyatında “Диагностика рулевых устройств” üzrə magistr disertasiyasının elmi işi kitab formasında nəşr olunub. 2018-ci ildə  Azərbaycan Dövlət Dəniz Akademiyasının doktoranturasına daxil olub.

Hazırda Dəniz Nəqliyyatı Donanmasının gəmilərində ikinci mexanik vəzifəsində çalışır.

Səid Orucov: Məqsədim mühəndis olaraq texniki sahədə yeniliklər etmək, dənizçi olaraq bilik və bacarığımı gəmilərin nöqsansız istismarında numayiş etdirməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır