Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində işləmək böyük uğurdur

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)  “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşı Toğrul Vəlizadə ilə sizi yaxından tanış edirik.

Toğrul Vəlizadə 1992-ci ildə doğulub.

2010-cu il ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Nəqliyyat servisi” ixtisasına qəbul olub. 2014-cü ildə Akademiyanı bitirib.

2016-cı ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus İstehsalat Xidmətləri İdarəsində “Personalın idarə edilməsi və əmək haqqı şöbəsində” asisstent vəzifəsində işə başlayıb.

Elə həmin ildə yerdəyişmə edərək Xəzər Dəniz Neft Donanmasının İnsan Resursları Xidmətinə mütəxəssis vəzifəsində işə başlayıb.

Sonradan 2017-ci ildə Xəzər Dəniz Neft Donanmasının “İnsan Resursları Xidmətində” Qrup rəhbəri vəzifəsinə yüksəlib. Bununla da, o, ADDA məzunu kimi ən gənc (24 yaşında) rəhbərlərdən biri olub.

2019-cu ildə yerdəyişmə edilərək “Bibiheybət” Gəmi Təmiri Zavodunda “Personalın idarə edilməsi və əmək haqqı şöbəsində” mütəxəssis vəzifəsinə təyin olunur.

Hazırda “Bibiheybət” Gəmi Təmiri Zavodunda “Personalın idarə edilməsi və əmək haqqı şöbəsində” mütəxəssis vəzifəsində işini davam etdirir.

Toğrul Vəlizadə: ADDA məzununun Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində işləməsi onun üçün böyük uğurdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır