Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Bir gəmi qurmaq istəyirsinizsə, insanlara sonsuz dəniz sevgisi aşılayın

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə “Bibiheybət” Gəmi Təmiri Zavodunun əməkdaşı İkram Əhmədovla sizi yaxından tanış edirik.

İkram Əhmədov 2001-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz Texnikası və Gəmiçilk ” fakültəsi “Gəmiqayırma və gəmi təmiri” ixtisasına qəbul olub.

2005-ci ildə Akademiyadakı təhsilini uğurla başa vurub.

Karyerasına 2006-ci ildə “Xəzər Dəniz Gəmi Təmiri” İstehsalat Birliyi çilingərlər sahəsinin 2-ci dərəcəli gəmi təmirçisi kimi başlayıb.

Bir il müddətinə İstehsalat Dispetçer şöbəsinin 10-cu dərəcəli iş icraçısı vəzifəsinə yüksəlib.

Daha sonra karyerasını Xəzər Dəniz Neft Donanmasına məxsus Gəmi Təmiri Zavodunda Texniki şöbənin mühəndis texnooloqu kimi davam etdirib. 

Hazırda ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda Texniki şöbəsində mühəndis-texnoloq vəzifəsində çalışır.

İkram Əhmədov: Bir gəmi qurmaq istəyirsinizsə, iş planlaşdırmağa ehtiyac yoxdur. İnsanlara sonsuz dəniz sevgisi aşılamaq lazımdır. Sonra özləri gəmi quracaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır