Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

Azərbaycan Dövlət Dəniz Akademiyasının bakalavr pilləsinə qəbul olunmuş abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Azərbaycan Dövlət Dəniz Akademiyasına (ADDA) daxil olmuş abituriyentlər qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 


1. Şəxsiyyət vəsiqəsinin əsli və surəri; (2 nüsxə)
2. Attestatın əsli və surəti;
3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
4. Tibbi arayış (forma 086) ("Gəmiqayırma və gəmi təmiri" ixtisasnına qəbul olanlar üçün)
5. 8 ədəd 3x4 fotoşəkil;
6. Abituriyentin elektron ərizəsi və fin kodu;
7. Ödənişli tələbələr üçün ödəniş haqqında çekin əsli və surəti;
8. Tərcümeyi-hal;
9. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

Sənədlərin qəbulu 15.08.2019-27.08.2019 tarixinədək saat 9-00-17-00-dək ADDA-nın əsas korpusunda aparılır. 

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18. (Sahil metro stansiyasının yaxınığında)

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır