Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-28,
Seanews
Heyder Eliyev

ADDA məzunu: Dənizçilikdə uğur qazananlar arasında xanımların sayının çox olmasını arzulayıram

www.seanews.az və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə gerçəkləşdirdiyi “ADDA məzunu” layihəsində bu dəfə  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  (ASCO) Layihələrin idarəedilməsi departamentinin əməkdaşı Nərminə Cabbarova ilə sizi yaxından tanış edirik.

2011-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Menecment” ixtisasına qəbul olub.

2015-ci ildə diplom işindən 100 bal toplayaraq ən yüksək nəticə ilə Akademiyadakı təhsilini başa vurub.

İngilis dili üzrə biliklərini daha da inkişaf etdirmək üçün Doğu Akdeniz Universitetinin yay məktəbində iştirak edib.  Həmçinin, Akademiyada təhsil aldığı dövrlərdə gənclər təşkilatlarında çalışıb, müxtəlif mövzularda təlimlər keçib və konfranslara qatılıb.

Dənizçilik sahəsində karyerasına ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentində təcrübəçi olaraq başlayıb. 2016-cı ildən Dəniz Nəqliyyatı Donanmasının Dispetçer xidmətində, daha sonra Strateji inkişaf və investisiya layihələri departamentində assistent kimi çalışıb.

2017-ci ildə  ASCO-nun təsis etdiyi “Təqaüd proqramı” çərçivəsində İsveçdə yerləşən və Beynəlxalq Dəniz Təşkilatının nəzdində olan Dünya Dənizçilik Universitetinin “Dəniz daşımalarının idarə olunması və logistika” ixtisasına daxil olub, 2018-ci ilin noyabrında məzun  olaraq magistr elmi dərəcəsini alıb. Bununla da, o, Azərbaycanı Dünya Dənizçilik Universitetində təmsil edib.

2018-ci ilin dekabrından ASCO-nun Layihələrin idarəedilməsi departamentində Tender və satış üzrə mütəxəssis olaraq çalışır.

Nərminə Cabbarova: Hər zaman ölkəmizin iqtisadiyyatında önəmi gündən-günə daha da artan gəmiçilik və logistika sahəsinin inkişafına töhfə vermək üçün əlimdən gələni etməyə çalışacam.

Nərminə Cabbarova: Ən əsası, dənizçi peşəsinə həvəsi olanlara “Dənizçilik qadına uyğun deyil” fikrinə qulaq asmadan məqsədlərinə doğru getməsini və bu sahədə uğur qazananlar arasında xanımlarımızın sayının çox olmasını arzulayıram.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır