Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

zər Dəniz Neft Donanmasında obyekt mülki müdafiə məşqi keçir

Cari ilin mülki müdafiə tədbirləri planına uyğun olaraq “AXDG” QSC-nin Xəzər Dəniz Neft Donanmasında «Fövqəladə hadisələrin  nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili» mövzusunda MM qüvvələrinin komandir-rəis və şəxsi heyətinin obyekt məşqi keçirilib. Əvvəlcə obyekt Mülki Müdafiə qərargah rəisi Elvin Məlikli  Mülki Müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyətinin toplanmasına dair obyekt növbətçisinə siqnal verib. Alınmış siqnal obyekt növbətçisi tərəfindən dəqiqləşdirildikdən sonra rabitə-xəbərdarlıq sxeminə əsasən Mülki Müdafiə  qüvvələrinin komandirlərinə və şəxsi heyətinə çatdırılmaqla, onların toplanması təşkil olunub. Məşq zamanı, iştirakçıların alınan siqnal üzrə nəzəri bilik və əməli hərəkətləri, o cümlədən  qüvvə komandirlərinin Mülki Müdafiə qüvvələrinin idarə olunması və qarşılıqlı fəaliyyət üzrə əməli fəaliyyətləri yoxlanılıb. Keçirilmiş obyekt məşqi üzrə Mülki Müdafiə məşqinin yekunları məşqin rəhbəri tərəfindən təhlil edilib. Təhlildən sonra obyektdə xəbərdarlıq toplanışı üzrə şəxsi heyətin fəaliyyətinin qənaətbəxş olduğu bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır