Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

miçilikdə rəhbər şəxslər üçün “iclasların effektiv idarəedilməsi” mövzusunda təlim keçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər şəxsləri üçün “İclasların effektiv idarəedilməsi” mövzusunda təlim keçirilib. Təlimdə “AXDG” QSC-nin struktur və departament rəhbərləri iştirak ediblər. Beynəlxalq səviyyəli biznes-təlimçi Rəşad Bayramovun apardığı təlimdə bildirilib ki,  əksər yerli və xarici şirkətlərdə iclasların idarəolunması zamanı bir çox problemlərə rast gəlinir. Bunlardan ən başlıcası vaxt itkisi ilə bağlıdır: “Bu problemdən çıxış yolu üçün iştirakçılara əvvəlcədən müzakirə mövzusu haqqında məlumat verilməli, iclasa doğru komanda üzvləri dəvət edilməlidir. Digər tərəfdən, mövzudan yayınmağa yol verilməməlidir”. Rəşad Bayramov diqqətə çatdırıb ki, iclasların daha effektiv və səmərəli keçirilməsi üçün görüşdəki şəxslərin hər birinin fikrinin soruşulması vacib amillərdəndir. Təlimçi, həmçinin qeyd edib ki, keyfiyyətli iclasa hazırlıq çox vaxt alır, lakin nəticəsini nəzərə aldıqda buna dəyər. İnteraktiv formada təşkil olunan təlimdə mövzuya uyğun müxtəlif videolar nümayiş olunub, iştirakçılara effektiv iclasın təşkili və idarəedilməsi ilə bağlı  tapşırıqlar verilib, ortaya çıxan suallar cavablandırılıb. Xatırladaq ki, AXDG-də bu növ təlimlər gələcəkdə də davam etdiriləcək. Əsas məqsəd Cəmiyyətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək insan resurslarının davamlı inkişafını,  eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır