Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

niz Nəqliyyat Donanmasında “Ümumi həyəcan” təlimi keçir

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasında (DND) bilavasitə Donanma rəisinin tapşırığı və Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya (ƏMTTE) şöbəsinin təşəbbüsü ilə DND-nin Fövqəladə Hallar (FH) Komitəsinin sədrini, habelə Mülki Müdafiə (MM) Qərargahının rəisi və MM rəhbərlərini məlumatlandırmaqla günün ikinci yarısında “Yanğın” həyəcan siqnalı  verilərək  inzibati  binada “Həyəcan” təliminə  başlanıb.  İnzibati binada çalışan əməkdaşlar təxliyə olunaraq təyin edilmiş “Toplantı” yerinə yönəliblər. ƏMTTE və MM əməkdaşları öz vəzifə borclarına başlayıblar. Təlimin növbəti mərhələsində FH Komitəsinin sədri və ƏMTTE şöbəsinin rəisi  əməkdaşların bacarıq və səriştəsinin səviyyəsini yüksəltmək məqsədilə  lazımi tövsiyyələrini veriblər. Yanğın  profilaktikasının  əməkdaşı  isə  yanğından  mühafizə  təlimi  keçib.   Belə təlimlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi planlaşdırılır.    


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır