Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ün “Ümumdünya Əməyin Mühafizəsi günü”

 28 aprel “Ümumdünya Əməyin Mühafizəsi günü” ilə əlaqədar Xəzər Dəniz Neft Donanmasındavə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda tədbir keçirilib.  Tədbirdə əməyin mühafizəsinə dair məlumatların toplanması və istifadəsi üsulları haqqında məlumat verilib, həmçinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb. Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib və bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır