Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

A ölkədə ilk dəfə keçirilən “Elektron Ali Təhsil Məkanı” mövzusunda simpoziuma qatı

Bədən Tərbiyəsi və İdman Akademiyasında “Azərbaycanın Elektron Ali Təhsil Məkanı – Məhdudiyyətlər, İmkanlar və Perspektivlər” adlı birinci simpozium keçirilib. Ölkədə ilk dəfə keçirilən tədbirdə ali təhsil müəssisələrinin rektorları, elektron təhsil sahəsində müvafiq təcrübəyə malik şirkət və qurumların nümayəndələri, bu sahədə fəaliyyət göstərən yerli və xarici ekspertlər, müəllim və tələbələr iştirak ediblər. Elektron təhsilin inkişafı, bu sahədə təhsil müəssisələri arasında təcrübə paylaşımı məqsədi daşıyan simpozium iki hissədən ibarət olub.  Birinci hissədə iştirakçılara  “Elektron təhsil”, “İdman Akademiyasının elektron təhsildə təcrübəsi”, “ADA Universitetinin elektron Tələbə Məlumat Sisteminin qurulmasında təcrübəsi” və  “Universitetlər onlayn məkanda – MOOC, Açıq Universitetlər ve Onlayn Proqramlar” kimi mövzularda çıxışlar təqdim olunub.  Simpoziumun ikinci hissəsi  “Tədris yönümlü effektiv video dərslərin yaradılması”, “Öz onlayn kursunu yarat”, “Müasir təhsil ünsiyyəti”,  “Online kurslar vasitəsilə ingilis dilinin tədrisi”,  “Təhsil müəssisəsinin avtomatlaşdırılması konsepsiyası” və “Akademik Yazı kursunun onlayn təşkili” mövzularında xüsusi təqdimatlarla keçirilən təlim sessiyası ilə davam etdirilib. Bu təlimlərdə iştirak edən ADDA əməkdaşları  yaxın gələcəkdə Akademiyanın da qabaqcıl təhsil müəssisəsi kimi avtomatlaşdırılması, elektron akademiya sisteminə keçidi istiqamətində bilik və təcrübə əldə ediblər. Tədbir çərçivəsində Elektron təhsil sahəsində təcrübəsi olan şirkət və startuplar ilə tanışlıq da gerçəkləşib. Simpoziumun sonunda Azərbaycan Elektron Universitetləri Assosiasiyasının yaradılması məsələsi müzakirəyə çıxarılıb. Bu assosiasiyanın gələcəkdə bənzər tədbirlər təşkil etməsi, universitetlərə təcrübə və problemləri bölüşmək, öz online kurslarını və e-resurslarını yaratmaları üçün vahid platformaya çevrilməsi ilə bağlı fikirlər səsləndirilib. Bu təklif simpozium iştirakçıları tərəfindən müsbət qarşılanıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır