Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

ADDA-da “COP29 və iqlim dəyişiklikləri” mövzusunda tədbir keçirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “COP29 və iqlim dəyişiklikləri” mövzusunda tədbir keçirilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün tədbirlər planına uyğun olaraq təşkil edilən tədbirdə Akademiyanın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himnin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası üçün canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbiri giriş sözü ilə “Tətbiqi mexanika” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, professor Vaqif Həsənov açıb. 

Akademiyanın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekanı, dosent Rafiq Əsgərov tədbirin aktuallığından, torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığı dövrdə şəhər və kəndlərin dağıdılmasından və eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsindən ətraflı söhbət açıb. Bildirib ki, hərbi münaqişə və müharibə yalnız Azərbaycan ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb.

“İngilis dili” kafedrasının müdiri, professor Gülçöhrə Alıyeva “Azərbaycanın yaşıl dünya naminə həmrəylik və müsbət ekoloji dəyişikliklərin yaradılması istiqamətində həyata keçirdiyi siyasət” mövzusunda çıxış edərək qarşısıalınmaz ekoloji problemlərin tək respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbə olduğunu söyləyib.

Dosent Bəhruz Ağarzayev “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda fikirlərini bölüşüb.

Professor Vaqif Həsənovun “Alternativ yanacaqların gəmilərdə tətbiqi” mövzusunda məruzəsi dinlənilib.

Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.

Sonra tədbir iştirakçıları COP29-a həsr olunmuş filmə baxıblar.

Tədbirin sonunda iştirakçılar “Tətbiqi mexanika” kafedrasında COP29-a aid yaradılmış auditoriya ilə tanış olublar. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır