Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

ADDA-da “Gəmi istilik mübadilə aparatlarının səmərəliliyinin optimallaşdırılması” mövzusunda elmi seminar keçirilib

“Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin (ADDA)  “Tətbiqi mexanika” kafedrasında “Gəmi istilik mübadilə aparatlarının səmərəliliyinin optimallaşdırılması” mövzusunda elmi seminar keçirilib.

Seminarın sədri, elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor, dosent Vüqar Sadıqov gənc alimlər və tədqiqatçılar üçün belə elmi tədbirlərin əhəmiyyətindən danışıb, respublikamızda elmi fəaliyyətə qayğının ölkə rəhbərliyi səviyyəsində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Qarabağda gündən-günə vüsət alan möhtəşəm quruculuq işlərinin dövlət başçısı İlham Əliyevin bilavasitə nəzarəti altında innovativ texnologiyalar əsasında həyata keçirilməsindən ətraflı söhbət açıb, seminar iştirakçılarına uğurlar arzulayıb.

“Tətbiqi mexanika” kafedrasının assistenti Elvin İbrahimli mövzu ətrafında çıxış edərək ASCO-nun gəmilərində istismar olunan istilik mübadilə aparatları haqqında geniş məlumat verib və bu aparatların istifadəsi zamanı yaranan problemlərdən, onların aradan qaldırılması yollarından danışıb.

Sonda “Tətbiqi mexanika” kafedrasının müdiri, professor Vaqif Həsənov çıxış edərək  elmi nəzəriyyənin praktikada tətbiqi, eləcə də nəticələrin səmərəliliyi barədə məlumat verib.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır