Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

ADDA-da “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA PHŞ) Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin 2024-cü il üçün hazırlıq planına uyğun olaraq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində  “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Nümunəvi dərsi giriş sözü ilə açan ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov belə maarifləndirici tədbirlərin həm professor-müəllim heyəti, həm də tələbələr üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra Bakı Regional Mərkəzinin zabitləri Nazir Əkbərov, Toğrul Vəliyev və başqaları “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili”, “Zəlzələ zamanı davranış qaydaları”, “112 qaynar xətti”, “Fərdi mühafizə vasitələri”, “Çimərliklərdə təhlükəsizlik qaydaları”, “Odsöndürücü  balondan istifadə qaydaları” və s. mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirə FHN Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov yekun vuraraq Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu istiqamətdə atılan addımlardan, müxtəlif maarifləndirici tədbirlərin təşkilindən ətraflı söhbət açıb, tələbələrə tövsiyələrini çatdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır